Sumqayıt sakinlərini şantaj edən şəxslər tutuldu
    • 11-03-2022, 10:16
    • 654

Sumqayıt sakinlərini şantaj edən şəxslər tutuldu

Sumqayıt sakinlərini şantaj edən şəxslər tutulub.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə martın 5-də 6-cı mikrorayon ərazisində 2 nəfərin şəhər sakini R.Əhmədovu yazışmalarını yayacağı ilə hədələyərək 150 manatını almaları, martın 9-da isə qızıl əşyalar tələb etmələri barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Sumqayıt sakinləri K.Kərimov, F.Rzayev və Z.Dadaşov müəyyən edilərək saxlanılmışlar.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.