Azərbaycanda yaş baramanın fermerlərdən alış qiyməti artırıldı
    • 11-03-2022, 17:45
    • 1 620

Azərbaycanda yaş baramanın fermerlərdən alış qiyməti artırıldı

Kənd Təsərrüfatı Nazirliyinin müraciəti əsasında “Azəripək” MMC 1 kiloqram baramanın fermelərdən alış qiymətini 4 manatdan 5 manata qaldırıb.

News24.az bu barədə nazirliyə istinadən xəbər verir.

Bununla da, cari mövsümdə kümçülər tədarük etdikləri yaş baramanın hər kiloqramına görə 9 deyil, 11 manat alacaqlar.

Məsələ ilə bağlı açıqlama verən nazir İnam Kərimov bildirib ki, Prezident lham Əliyev aqrar sahənin inkişafı prioritet istiqamət elan edib. Bu baxımdan baramaçılığın inkişafına böyüjk diqqət yetirilir. Dövlət başçısının imzaladığı fərmana əsasən, bu ildən tədarük məntəqələrinə təhvil verilən yaş baramanın hər kiloqramına görə subsidiyanın məbləği 1 manat artırılaraq 6 manata çatdırılıb.