Mariupolda 80-dən çox insan sığınan türk məscidi gülləbran edildi
    • 12-03-2022, 16:28
    • 3 045

Mariupolda 80-dən çox insan sığınan türk məscidi gülləbran edildi

Mariupolda Sultan Süleyman Qanuni və Xürrəm Sultan məscidi rus hərbi qüvvələri tərəfindən atəşə tutulub.

News24.az xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfirliyi məlumat yayıb.

Məlumata görə, məscidə Türkiyə vətəndaşları da daxil olmaqla 80-dən çox insan sığınıb.

“Mariupolda Qanuni Sultan Süleyman və Xürrəm Sultan məscidi rus işğalçılarının atəşinə məruz qalıb. Ora uşaqlar və Türkiyə vətəndaşları da daxil olmaqla, 80-dən çox insan sığınıb”, - məlumatda bildirilib.