Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının final günü oldu - FOTOLAR
    • 13-03-2022, 17:18
    • 1 753

Bakıda akrobatika gimnastikası üzrə 28-ci dünya çempionatının final günü oldu - FOTOLAR

Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə 28-ci Dünya Çempionatının final gününə start verilib.

News24.az xəbər verir ki, bu gün kişi və qarışıq cütlüklər arasında tarazlıq hərəkətləri üzrə final, eləcə də qadın cütlükləri, kişi və qadın qrupları arasında temp hərəkətləri üzrə final yarışları olacaq.

Azərbaycan təmsilçiləri balans məşqinin finalında çıxış edəcəklər. Kişi cütlükləri arasında ölkəmizi Daniel Abbasov - Murad Rəfiyev dueti, qarışıq cütlüklərdə isə Ağasif Rəhimov - Raziyə Seyidli təmsil edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan yığmasının Dünya Çempionatında üç medalı aktivində var. Ağasif Rəhimov və Raziyə Seyidlinin gümüş, Daniel Abbasov və Murad Rəfiyevin iki bürünc medal qazanıb.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.

Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.

FOTO: Teymur MƏMMƏDOV