IX sinif üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlandı
    • 14-03-2022, 11:56
    • 690

IX sinif üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlandı

Ümumi (9-cu sinif) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə, buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 16,17,23,24,30 aprel və 1 mayda keçiriləcək.

Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunacaq.

TarixŞəhər (rayon)
16.04.2022Sabunçu, Sumqayıt (I hissə), Gəncə (Kəpəz), Qax, Balakən, Lənkəran, Ağdam, Tərtər, İsmayıllı, İmişli, Qusar, Biləsuvar, Gürcü bölməsində təhsil alanlar.
17.04.2022Binəqədi, Səbail, Abşeron (I hissə), Gəncə (Nizami), Oğuz, Zaqatala, Astara, Ağcəbədi, Şamaxı, Saatlı, Şabran, Siyəzən, Xızı.
23.04.2022Qaradağ, Yasamal, Sumqayıt (II hissə), Goranboy, Naftalan, Tovuz, Cəlilabad (I hissə), Beyləqan, Ağdaş, Ağsu, Şirvan, Xaçmaz (I hissə), Qobustan, Hacıqabul.
24.04.2022Xəzər, Xətai, Abşeron (II hissə), Mingəçevir, Şəmkir, Masallı (I hissə), Füzuli, Ucar, Zərdab, Neftçala, Quba (I hissə)
30.04.2022Nəsimi, Nərimanov, Naxçıvan MR, Göygöl, Daşkəsən, Qazax, Gədəbəy, Cəlilabad (II hissə), Lerik, Şəki, Bərdə, Göyçay, Sabirabad, Xaçmaz (II hissə).
01.05.2022Suraxanı, Nizami, Pirallahı, Samux, Ağstafa, Masallı (II hissə), Yardımlı, Qəbələ, Yevlax, Kürdəmir, Salyan, Quba (II hissə), *Bakı xüsusi məktəblər, Çilov, ingilis və fransız bölmələrində təhsil alanlar.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.

Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan mayın 1-də, keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər.