-
- 10-03-2022, 23:55
- 1 383
Müharibə nəticəsində Ukraynaya dəymiş zərərin məbləği AÇIQLANDI
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ölkəyə 100 milyard dollardan çox ziyan vurub.
News24.az xəbər verir ki, Ukrayna prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi nəticəsində ölkəyə dəymiş ziyan 100 milyard dolları keçib.
Müşavir deyib ki, müharibədən sonra ölkəni uzun bərpa prosesi gözləyir.
Ustenkonun sözlərinə görə, ölkənin biznes sektoru dağıdılıb. Hazırda müəssisələrin 50%-i işləmir, işləyənlər isə tam gücündən az işləyir.
O əlavə edib ki, Ukraynanın maliyyə sistemi və valyutası mövcud şəraiti nəzərə alaraq sabit qalır.
Həmçinin, Ustenko vurğulayıb ki, Ukraynanın müharibədən sonrakı tikinti xərcləri çox böyük olacaq.