Zelenski “Rusiya ilə danışıqlar davam etməlidir”
    • 16-03-2022, 03:30
    • 1 078

Zelenski “Rusiya ilə danışıqlar davam etməlidir”

Ukrayna Nümayəndə heyətinin Rusiya Federasiyası təmsilçiləri ilə danışıqları davam etməlidir.

News24.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu, çətin, lakin vacibdir. Tərəflərin mövqeləri artıq daha real səslənir, lakin hələ də vaxt lazımdır. İstənilən müharibə razılaşma ilə başa çatır. Mənə verilən məlumata görə, görüşlər davam edir. Danışıqlar daha real səslənir. Lakin qərarların Ukraynanın maraqlarına uyğun olması üçün hələ də vaxt lazımdır”, - deyə Zelenski qeyd edib.