Kürdəmirdə ticarət obyektində yanğın oldu - VİDEO
    • 16-03-2022, 10:43
    • 1 313

Kürdəmirdə ticarət obyektində yanğın oldu - VİDEO

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kürdəmir rayonunun Qaramahmudlu kəndində (rayon Yanğından Mühafizə Hissəsindən təqribən 25 km məsafədə) ticarət obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən xəbərə görə, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Kürdəmir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ərzaq mağazasında baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində anbarla birlikdə ümumi sahəsi 100 kv.m olan mağazanın təqribən 60 kv.m hissəsi yanıb. Mağazanın qalan hissəsi, bitişik tikili və yaxınlıqda yığılmış ümumi həcmi 5 ton olan yanacaq çəlləkləri yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub.