-
- 16-03-2022, 11:29
- 1 231
Bakıda özündən 12 yaş kiçik xanımını küçədə öldürən Meyxoşdan YENİ XƏBƏR
Bakı Apelyasiya Məhkəməsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 1977-ci il təvəllüdlü Meyxoş Cəfərovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilərək 13 il müddətinə azadlıqdan məhrum edilməsi hökmündən prokurorluğun verdiyi protestə baxılıb.
News24.az-ın məlumatına görə, Apelyasiya Məhkəməsi Prokurorluğun Meyxoş Cəfərovun Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə təqsirləndirilməsi tələbini qəbul edib. M.Cəfərovun cəza müddəti 1 il 3 ay artırılaraq 14 il 3 aya qaldırılıb.
Qeyd edək ki, hadisə ötən il iyulun 24-ü saat 11 radələrində baş verib. Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri,1977-ci il təvəllüdlü M.Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı X.Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Xatırladaq ki ki, cütlüyün 3 uşağı olub. Məlumata görə, qadın və uşaqları əri tərəfindən tez-tez döyülürmüş. Bundan sonra Xatirə ərinin evini tərk edib və əvvəlcə atasının evində, sonra isə kirayə tutduğu mənzildə yaşayıb. Arvadının Binədə başqa evdə qaldığını, onunla barışmadığını və boşanmaq istədiyini görən Meyxoş Xatirə gözəllik salonundakı iş yerinə gedərkən onu izləyərək hcum edib və küçənin ortasında çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.
Meyxoş və Xatirənin ailəsi əvvəldən qohum olublar.