-
- 16-03-2022, 21:15
- 1 973
“Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
News24.az xəbər verir ki, qanuna əsasən, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləğinin tətbiqi proseduru 2023-ci il 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Həmçinin ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və sığortaolunan icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləğinin tətbiqi daha bir il uzadılıb.