
-
- 4-04-2025, 20:00
- 292
Ukraynada məmurun maşını PARTLADI - FOTO
Ukraynanın Dnepr şəhərində məmur və həyat yoldaşının əyləşdiyi avtomobil partlayıb.
News24.az xəbər verir ki, Dnepr şəhərinin sol sahil administrasiyasının rəhbəri Yuri Fedkonun maşını partladılıb. Partlayışın yerli vaxtla saat 07:40 radələrində baş verdiyi məlum olub. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.
Xüsusi xidmət orqanlarının nümayəndələrinin sözlərinə görə, hadisəylə bağlı Kiyev vilayətinin iki sakini saxlanılıb. Təqsirləndirilən şəxslər qanunsuz olaraq odlu silah almağa cəhd edərkən tutulublar.
Qeyd edək ki, saxlanılan şəxslər bir neçə aydır ki, məmuru izləyib, onun gündəlik işini və marşrutlarını öyrəniblər. Şöbə iddia edir ki, təqsirləndirilən şəxslər hətta uzun müddət şəxsi atıcılıq meydançasına gedib və bu sahədə bacarıqlarını inkişaf etdiriblər.
Nuray
