Bayden Putini “hərbi cinayətkar” adlandırdı
    • 17-03-2022, 00:00
    • 1 376

Bayden Putini “hərbi cinayətkar” adlandırdı

ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini hərbi cinayətkar hesab edib.

News24.az xəbər verir ki, Ağ Evdə çıxışı zamanı jurnalistlərdən biri Baydenə rusiyalı həmkarını “hərbi cinayətkar” adlandırmağa hazır olub-olmadığını soruşub. 

Bayden əvvəlcə “yox” cavabını verib və otağı tərk edib. Lakin sonra geri qayıdaraq "O, hərbi cinayətkardır" deyib.