-
- 19-03-2022, 13:58
- 2 114
Nazirlər Kabinetinin hansı qərarı yerli sahibkarlara mənfi təsir edəcək? - EKSPERT RƏYİ
Nazirlər Kabineti “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar imzalayıb. Qərara əsasən müəyyən edilib ki, siyahısı bu Qərarın əlavəsi ilə müəyyən edilən ərzaq mallarının və onların istehsalında istifadə olunan malların gömrük ərazisindən aparılması ölkədə mövcud olan ehtiyatlar və əhalinin müvafiq mallar ilə qısamüddətli dövrdə təminatı ilə bağlı proqnoz əsas götürülməklə İqtisadiyyat Nazirliyinin müsbət rəyi əsasında həyata keçiriləcək.
Bəs, belə bir qərarın ölkə üçün nə kimi faydası ola bilər?
Ekspert-İqtisadçı Elman Sadıqov News24.az-a çıqlamasında bildirib ki, belə bir qərar istənilən ölkə üçün faydalıdı. Belə ki, ölkədən çıxmayan ərzaq məhsulu ölkənin ərzaq təhlükəsizliyinə xidmət edir: "Hazırda Rusiya və Ukraynadan idxal aşağı düşüb. Lakin digər ərzaq məhsullarına sanksiya qoyulsa və yaxud Türkiyədə də həmin vəziyyət yaransa, ölkəmiz ərzaq məhsulunu idxal etməkdə çətinlik çəkə bilər. Hazırda əsas prioritetimiz ərzaq məhsullarıdı. Məqsəd ölkədə ərzaq qıtlığına yol verməməkdir".
Ekspertin sözlərinə görə, belə bir addımı atan ölkələrdən biri Azərbaycandı: "Çünki biz xammalı idxal edirik. Azərbaycan əsasən xaricdən məhsul idxal etdiyi üçün özündə kifayət qədər istehsal yoxdur. İdxaldan asılı olduğumuz üçün biz məcburən ixracla bağlı sərhədləri bağlamayılıq. Əgər Rusiya-Ukrayna müharibəsi davam edərsə, qlobal aləmdə çətinlik yarana bilər."
İqtisadçı - ekspert Eyyub Kərimli News24.az-a açıqlamasında qeyd etdi ki, belə bir qərarın olması ixracla bağlı nəzərdə tutulan rüsumların artırılması daxili inflyasiyanın məhdudlaşdırılmasını, qida təminatını və qida təhlükəsizliyini təmin edilməsində əsas amil kimi iştirak edəcəkdir: "Həmçinin kənd təssərüffatı malların qiymətlərinin aşağı enməsinə şamil olunacaqdır. Lakin bundan hesab edirəm ki, yerli sakibkarlar və yerli fermerlər ziyan görə bilərlər. Belə ki, əsasən yerli istehsal olunan kənd təsərüfatı məhsullarını xaricə çıxartmaq çətinləşəcək".
Şahnun QASIMOVA