Nazirlər Kabinetindən tibbi masklarla bağlı QƏRARDA DƏYİŞİKLİK
    • 1-09-2020, 14:33
    • 594

Nazirlər Kabinetindən tibbi masklarla bağlı QƏRARDA DƏYİŞİKLİK

Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.

News24.az xəbər verir ki, dəyişiklik qərarın qüvvədə olma müddəti ilə əlaqədardır.

Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.

Eyni zamanda ölkədən tibbi maskaların aparılmasına qoyulan qadağa da ləğv edilib.

Beləliklə, noyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı aşağıdakı kimidir:

 
Sıra
№-si
XİF MN üzrə kodMalın adı
123
1.2207 10 000 0Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti
2.2207 20 000 0Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar
3.2208 90 910 0Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan
4.2208 90 990 0Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan
5.Qrup 30-danƏczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində təsnifləşdirilənlər istisna olmaqla)
6.3808 94-dənDezinfeksiyaedici vasitələr
7.3822 00 000 0-danKoronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər
8.3926 20-dənBaxillər
9.4015 19-danSteril və qeyri-steril əlcəklər
10.5603-dənTibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar
11.6210 10-danTibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
12.6307 90-danTibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün)  respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
13.9004 90-danTibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər
14.9019 20 000 0Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı
15.9025 19-danİnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər