Bakı sakinini döyüb iki min manatını əlindən aldılar
    • 20-03-2022, 11:01
    • 1 572

Bakı sakinini döyüb iki min manatını əlindən aldılar

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə martın 17-də rayon ərazisində 3 nəfərin Bakı şəhər sakini O.Rzayevi döyərək 2000 manat pul tələb etmələri barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakinləri Ə.Nəsibov, S.Rəsulov və Bakı şəhər sakini F.Məmmədov müəyyən edilərək saxlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.