Türkmənistan prezidenti hökumətin istefasını qəbul etdi
    • 20-03-2022, 11:55
    • 1 640

Türkmənistan prezidenti hökumətin istefasını qəbul etdi

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov hökumətin istefasını qəbul edib.

News24.az bununla bağlı qərar bu gün “Neytral Türkmənistan” qəzetində dərc edilib.

Sənəddə ölkənin Nazirlər Kabinetinin istefaya göndərilən üzvlərinə yeni hökumət formalaşana qədər öz vəzifələrini icra etməyə davam etmək tapşırılıb.

Qeyd edək ki, Serdar Berdiməhəmmədov sözügedən sərəncamı bir gün əvvəl paytaxtın Ruxyet sarayında keçirilən andiçmə mərasimindən sonra imzalayıb.