Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşüb
    • 11-03-2020, 21:00
    • 807

Əli Əsədov Türkmənistan Prezidenti ilə görüşüb

Bu gün Baş Nazir Əli Əsədov Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hər iki tərəfdən hökumət üzvlərinin də iştirak etdiyi işçi nahar zamanı iki ölkə arasında iqtisadi əlaqələrin indiki vəziyyəti və perspektivləri haqda danışılıb.