Ukrayna Silahlı Qüvvələri Rusiyanın 1 təyyarəsi və 4 PUA-sını vurub
    • 21-03-2022, 09:40
    • 1 231

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 1 təyyarəsi və 4 PUA-sını vurub

Ukrayna qırıcıları dünən Rusiya ordusunun 7 hava hədəfini vurub, texnika dəstələrinə və canlı düşmən qüvvələrinə sarsıdıcı zərbələr endiriblər.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 21-də yerli vaxtla saat 06.00-a olan operativ məlumatında bildirilib.

Rusiya ordusunun 1 təyyarə, 4 İHA və 2 qanadlı raketinin vurulduğu qeyd olunur.

Həmçinin, qeyd olunur ki, bombardmançı və yerüstü hücum təyyarələri texnika və Rusiya ordusunun canlı qüvvəsinə sarsıdıcı zərbələr endirilib.

Baş Qərargahdan qeyd edilib ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib.

Bildirilib ki, Rusiya ordusu yerli əhaliyə qarşı terror törətməkdə, müvəqqəti işğal olunmuş əraziləri talan etməkdə davam edirlər.