Maşınında 2 kiloqram heroin gəzdirən qadın və xalası tutuldu
    • 26-03-2022, 12:55
    • 1 894

Maşınında 2 kiloqram heroin gəzdirən qadın və xalası tutuldu

Biləsuvarda xalası ilə birlikdə narkotik gəzdirən qadın saxlanılıb.

DİN Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, Bakı şəhər sakini R.Əhmədovun idarə etdiyi “Daewoo” markalı avtomobildə sərnişinləri N.İsmayılova xalası, əvvəllər məhkum olunmuş K.Hüseynova ilə birgə şəhər ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı N.İsmayılovadan heroin, metamfetamin,  avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.