Məktəblilərin yaz tətili günləri açıqlandı
    • 28-03-2022, 13:32
    • 790

Məktəblilərin yaz tətili günləri açıqlandı

Azərbaycandakı ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsi üzrə qaydalara əsasən müəyyən olunmuş günlərdə yaz tətil günləri olacaq.

News24.az "Report"a istiandən xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd edək ki, 2021-2022-ci tədris ilində ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyən olunub.

Xatırladaq ki, pandemiya səbəbindən məktəblərdə tədris gec başladığından şagirdlərin payız və qış tətili ləğv edilmişdi. Ona görə də payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri idi.