-
- 6-12-2018, 16:47
- 1 625
Əhməd: "Möhtac” son zamanlar çıxan klipləri geridə qoyacaq" - VİDEO
Müğənni Əhməd Mustafayev yeni klip və mahnısını təqdim edib.
News24.az xəbər verir ki, “Möhtac” adlanan mahnının müəllifi ifaçının özüdür. Aranjimanı Fərid Ağaya məxsus olan bəstənin klipi Bakıda çəkilib.
Əhməd Mustafayev ərsəyə gələn iş haqda danışarkən bunları deyib:
“Klip dünyanın gözoxşayan şəhərlərindən heç də geri qalmayan doğma Bakımızda çəkilib. Sadəcə olaraq hər zaman deyirəm ki, bizim rejissor və operatorlarda gözəl kadr qıtlığı var.
Ekran işində az da olsa süjet xətti mövcuddur. Sevgilim obrazını isə model Məryəm xanım canlandırıb.
İnanıram ki, “Möhtac” son zamanlar çıxan klipləri geridə qoyacaq”.
Qeyd edək ki, Əhməd Mustafayev bundan öncə “Canan” mahnısı ilə YouTube-da izlənmə rekorduna imza atmışdı.
Teymur MƏMMƏDOV