Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşuldu
    • 1-04-2022, 01:00
    • 1 205

Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşuldu

Gürcüstan Ukraynada keçirilən hərbi əməliyyata görə Rusiyaya qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarına qoşulub.

News24.az xəbər verir ki, bu barədə “CNN” telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bildirib.

“Biz (Rusiyaya qarşı) bütün maliyyə sanksiyalarında iştirak edilirik və bu həqiqətən bizim maliyyə sektoru üçün hansısa məna kəsb edir. Biz eyni zamanda Ukraynanı dəstəkləyən bütün qətnamələrdə də iştirak edirik” – deyə dövlət başçısı vurğulayıb.