3 yaşlı uşağın mədəsində görün, nə qaldı - FOTO
    • 2-04-2022, 14:25
    • 1 622

3 yaşlı uşağın mədəsində görün, nə qaldı - FOTO

Azərbaycanda üç yaşlı uşağın mədəsində şurup qırığı qalıb.

News24.az xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə həkim Aydın Əliyev paylaşıb.

O bildirib ki, 3 yaşlı uşaq evdə şurup qırığını götürüb burnuna daxil edib, metal yad cisim burun-udlaqdan qida borusuna, oradan da mədəyə keçib: " Mədənin metal yad cismi”.

Uşaq hazırda həkimlərin müşahidəsi altındadır, daha sonra onun əməliyyat olunub-olunmayacağına dair qərar veriləcək.

Həkim xəbərdarlıq edib ki, körpə-anlaqsız uşaqların əlinin çatacağı yerlərə kiçik əşyalar qoymaq olmaz.