-
- 2-05-2024, 11:19
- 862
“Ən zərərli qida”lar: DONDURMA, BURGER, KETÇUP..
Yorğun halda bəzən tort, bəzən cips və ya bir parça şokolad yemək olduqca normaldır. Orqanizminizdə “bomba effekti” yaradan bəzi qidalar var. Budur dünyanın ən zərərli qidaları:
DONDURMA
Dondurma seçərkən tərkibindəki şəkərin miqdarına mütləq diqqət etməlisiniz. Əks halda, normaldan çox daha çox şəkər istehlak etməyinizə səbəb ola bilər.
CİPS
Kartof çipslərinin əksəriyyətində yüksək miqdarda natrium, bəzilərində isə süni dadlandırıclar və rənglər var. Bütün bu maddələr, qidalanmadan əlavə, xərçəngə səbəb ola bilər.
HAZIR MAKARON - NOODLE
Tərkibindəki yüksək natrium bu qablaşdırılmış məhsulları orqanizminiz üçün düşmənə çevirir. Bu səbəbdən hazır makaron paketlərindən uzaq durmaq ən sağlam variantlardan biri olacaq.
PAKETLİ KEKSLƏR
Tərkibində çoxlu şəkər, süni rənglər və konservantlar olan bu muffinlər ləzzətli, lakin çox sağlam olmayan bir seçimdir.
KREKER
Tərkibində az miqdarda lif, təmizlənmiş un, süni rənglər və bəzi marka konservantlar olan krakerlər ən zərərli qidalar siyahısındadır.
TOYUQLU BURGER
Tərkibində yüksək miqdarda yağ, natrium və süni maddələr olan bu qida ən çox zərərli qidalar arasında yer alır.
HAZIR FAST-FOOD HAMBURGER
Tərkibində çoxlu natrium, doymuş yağ və trans yağ olan bu sevimli yemək əslində ürək-damar sağlamlığından tutmuş hormon sistemimizə qədər bir çox funksiyaların pisləşməsinə səbəb olan əsas səbəblərdən biridir.
QAZLI İÇKİLƏR
Tərkibində əlavə şəkər və süni rəngləndiricilər olan bu içkilər, demək olar ki, hər yerdə tapıla bilər. Bununla belə, bədən sisteminizi poza biləcək maddələrə görə hər qurtum haqqında iki dəfə düşünməlisiniz.
HAZIR KETÇUP
Bir çox satın alınan ketçup məhsullarının dadını yaxşılaşdırmaq üçün əlavə şəkər və daha yüksək natrium istifadə edir. Buna görə də evdə öz ketçupunuzu hazırlamaq və konservantlardan qaçmaq daha sağlam bir seçimdir.
Günel Məlikzadə