Xırdalanda sürücü ilə sərnişin arasında DAVA - VİDEO
    • 2-05-2024, 11:05
    • 172

Xırdalanda sürücü ilə sərnişin arasında DAVA - VİDEO

Xırdalanda sürücü ilə sərnişin arasında baş vermiş hadisənin videosu avtomobildəki kameraya düşüb.

Hadisə mayın 1-də baş verib. Belə ki, taksidən istifadə edən xanım sərnişin mənzil başına çatdıqdan sonra pul vermədən getməyi qərara alıb. Sürücü bunu görən zaman qapıları bağlayaraq sərnişindən ödənişi tələb edib. Lakin sərnişin ödənişi ödəməkdən imtina edərək yüksək səslə qışqıraraq avtomobilin şüşələrini sındırmağa cəhd edib. 



Sürücü sonda qapını açaraq sərnişinin getməsinə şərait yaradıb.