Oğuzda qardaş qardaşı qətlə yetirdi
    • 4-04-2022, 11:30
    • 779

Oğuzda qardaş qardaşı qətlə yetirdi

Aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi  barədə rayon prokurorluğuna məlumat daxil olub.

Oğuz rayon prokurorluğundan News24.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. 

Hazırda cinayət işi üzrə istintaq davam edir.