Gənclərin xaricdə təhsil proqramına tibb ixtisaslarının salınmamasının səbəbi açıqlandı
    • 6-04-2022, 10:34
    • 527

Gənclərin xaricdə təhsil proqramına tibb ixtisaslarının salınmamasının səbəbi açıqlandı

Gənclərin xaricdə təhsil proqramına tibb ixtisaslarının salınmamasının səbəbi açıqlanıb.

News24.az xəbər verir ki, təhsil nazirinin müşaviri Nicat Məmmədli “Təhsil masası”nda çıxışı zamanı dünyanın bir çox ölkələrində tibb təhsili üzrə magistratura səviyyəsinin olmadığını xatırladıb.

Nazir müşaviri bildirib ki, bu təhsilin xüsusi tədrisi forması var: “Tibb təhsilinin uzunmüddətli olması, eləcə də maliyyənin bahalı olması və s. qoyulan investisiyanın geri qayıtmasında ciddi problemlər yaradır. Hesab edirik ki, yaxın zamanlarda bu məsələ ilə bağlı ayrı layihə ola bilər. Biz bunu daha yaxşı şəkildə həyata keçirə biləcəyik”.