"Aİ Ukraynanın uduzmasını istəmir, ona görə də onu silahlandırmaqda davam edəcək" - Borrell
    • 6-04-2022, 12:13
    • 715

"Aİ Ukraynanın uduzmasını istəmir, ona görə də onu silahlandırmaqda davam edəcək" - Borrell

"Avropa İttifaqı Ukraynanın Rusiya ilə münaqişədə uduzmasını istəmir, ona görə də onu silahlandırmaqda davam edəcək".

News24.az xəbər verir ki, bu sözləri Aİ diplomatı Cosep Borrell Strasburqda Avropa Parlamentinin plenar iclasında deyib.

"Parlamentdə mənə dedilər ki, münaqişəyə tez bir zamanda son qoymaq lazımdır, bunun üçün Ukraynanın silahlandırılmasını dayandırmaq lazımdır.
Amma hər şey milyonlarla qaçqının, minlərlə ölünün dağıdılmış və məğlub olan ölkədə başa çatırsa, biz bunu istəmirik. Ona görə də biz Ukraynanı silahlandırmaqda davam etməliyik" deyə diplomaq bildirib.