“Region gənc müəllimlərinin 2-ci şəbəkələşmə forumu” keçiriləcək
    • 6-04-2022, 16:47
    • 558

“Region gənc müəllimlərinin 2-ci şəbəkələşmə forumu” keçiriləcək

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) region müəllimlərinin yumşaq bacarıqlarının inkişaf etdirilməsi, şəbəkələşməsi, əməkdaşlığın qurulması məqsədilə “Region gənc müəllimlərinin 2-ci şəbəkələşmə forumu” nu təşkil edir.

News24.az xəbər verir ki, ilk forum 09.04.2022-ci ildə Biləsuvar rayonunda keçiriləcək. Foruma Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar rayonlarından müəllimlər qoşula bilərlər.

10.04.2022-ci ildə Astarada keçiriləcək forumda isə Lənkəran, Lerik, Astara müəllimləri iştirak edə bilərlər.

Foruma qatılmaq istəyən müəllimlər Rayon Təhsil Şöbələrinə müraciət etməlidirlər.

Forum Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf proqramı” layihəsi çərçivəsində icra olunur.