-
- 1-02-2020, 15:03
- 855
"Bu il 500-dən yuxarı bal toplayan hər 4 nəfərdən biri müəllimlik ixtisasını seçib"- CEYHUN BAYRAMOV
Bu gün Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının I Forumu keçirilib.
News24.az xəbər verir ki, 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən forumun əsas məqsədi gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısı vasitəsilə onların gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmək və əməkdaşlıq şəbəkəsini genişləndirməkdir.
Forumda Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Təhsil naziri Ceyhun Bayramov, nazirlik yanında İctimai Şuranın üzvləri, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Fondunun əməkdaşları, pedaqoji ixtisaslı ali təhsil müəssisələrinin rektorları, media nümayəndələri və gənc müəllimlər iştirak ediblər.
Təhsil naziri Ceyhun Bayramov forumda çıxış edərək ölkəmizdə müəllim peşəsinin nüfuzunun artırılması istiqamətində görülən mühüm işlərdən danışıb. O bildirob ki, forum əlamətdar tarix ərəfəsində keçirilir: "Sabah ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunan Gənclər Günü qeyd olunur. Bu münasibətlə bütün Azərbaycan gəncliyini təbrik edirəm. Cəmiyyətin inkişafında, insanin şəxsiyyət kimi formalaşmasında, təhsilin inkişafında müəllimin əvəzsiz əməyi var. Azərbaycan dövləti müəllimlərə diqqət və qayğı ilə yanaşır. Ölkədə təhsilin inkişafı üzrə icra edilən işlər, yüzlərlə məktəb binasının tikintisi, müəllim əməyinin stimullaşdırıması ilə bu işlərin bəhrəsini görməkdəyik. Uzun illər ərzində peşəkar kadr ehtiyacı olan ən ucqar məntəqələrdə demək olar ki, müəllim problemi həll olunub. Həmin yerlərdə vakant yerlər 100 faiz dolub. 2019-cu ildə 500-dən yuxarı bal toplayan hər 4 nəfərdən biri müəllimlik ixtisasını seçib".
Nazir onu da vurğulayıb ki, assosiasiyanın üzvlərinin sayı 2700 nəfərə çatıb:
"Müəllim savad, bilik verməklə yanaşı gənc nəslə milli mənəvi dəyərlər, onların vətənpərvər ruhda böyüməsində öz həyatlarıni həsr edirlər. Həyatda uğur qazanmış hər kəs valideyni qədər müəlliminə minnətdar olmalıdır.
Daha sonra AGMA loqosunun təqdimatı olub və qalib müəllif mükafatlandırılıb.
Tədbir bədii hissə ilə davam etdirilib.
Bədii hissə yekunlaşdıqdan sonra panel müzakirələr keçirilib.
Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Gənc Müəllimlər Assosiyasiyasıının fəaliyyətinə dair videoçarx nümayiş olunub.
Afaq Mirayiq