Bakının mərkəzində ŞOK HADİSƏ – Gecə klubunda cinsi azlığı...
    • 7-04-2022, 11:56
    • 729

Bakının mərkəzində ŞOK HADİSƏ – Gecə klubunda cinsi azlığı...

Bakı şəhər Nəsimi rayonu Bülbül prospekti 40 ünvanında yerləşən “Boss” gecə klubunda insident baş verib.

News24.az-ın məlumatına görə, fevralın 9-da gecə klubunda istirahət edən Quba rayon sakini, 1991-ci il təvəllüdlü Röyal Sadıqov orada rəqsd edən cinsi azlıq nümayəndəsi T.Qurbanlını döyüb. O, başı ilə T.Qurbanlıya zərbə endirərək burnunu sındırıb, həmçinin zərbələr endirrək gözlərinə və gözətrafı nahiyələrinə qan toplanmasına, bədənində qançirlər yaranmasına səbəb olub.

Məlum olub ki, hadisə T.Qurbanlının Röyala toxunmasından sonra baş verib. Belə ki, T.Qurbanlı güzgünün qarşısında rəqs edərkən orta barmağını göstərməyə başlayıb. Röyal ona yaxınlaşaraq orta barmağını kimə göstərdiyini soruşduqda, o, heç kimə göstərmədiyini deyib. Bir qədər sonra isə T.Qurbanlı Röyala yaxınlaşaraq onun bədəninə toxunub. Bunu görən Röyal cinsi azlıq nümayəndəsi olduğunu gördüyü şəxsi döyüb özündən uzaqlaşdırmaq qərarına gəlib və ona zərbələr endirib.

Hadisəni törədən şəxs barəsində xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.