-
- 8-03-2022, 16:20
- 3 447
Bakıda qızla tanış olmaq istəyən 62 yaşlı kişinin başına oyun açdılar - TƏFƏRRÜAT
Bakıda 62 yaşlı kişiyə qarşı quldurluq etmiş 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Fuad Babayev (şərti) barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə açılmış iş üzrə məhkəmə prosesi keçirilib.
News24.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesin yekununda B.B adlı şəxsi aldadaraq qaranlıq yerə aparan və orada daşla hücum edərək həmin şəxsə zərbələr endirməklə 350 manat pulunu alıb qaçan şəxs 9 il 6 ay müddərinə azadlıqdan məhrumetmə cəzasına və cəzasını ciddi rejimli müəssisədə çəkməyə məhkum edilib.
Məhkəmədə məlum olub ki, hadisəni törədən şəxs 62 yaşlı B.B-ni əvvəlcədən tanımayıb. Belə ki, o, ötən ilin 1 iyun tarixində gecə saat 23 radələrində Səməd Vurğun bağında yaşlı kişinin bir qadınla söhbət etdiyini və həmin qadınla cinsi əlaqədə olmaq üçün 300-400 manat məbləğində razılaşdığını müşahidə edib. Bu zaman Fuad həmin kişiyə yaxınlaşaraq tanış olduğu qadının yaşlı olduğunu, ona həmin pula cavan qızlar təşkil edəcəyini deyib. B.B Fuadın vədinə inanıb və onunla köhnə “Qarabağ” mehmanxanasına doğru hərəkət edib. Gecə saatlarında mehmanxana istiqamətinə gedən yolun qaranlıq olmasından istifadə edən F.Babayev əvvəlcədən planlaşdırdığı kimi yerdən daş götürərək yaşlı kişiyə zərbələr endirib onu döyməyə başlayıb. O, kişinin cibindəki 350 manat pulu götürərək uzaqlaşıb.
Hadisədən sonra xeyli vaxt gizlənən F.Babayev iyulun 7-də elə Səməd Vurğun bağında polis tərəfindən tutulub.