-
- 7-02-2022, 10:26
- 744
Bakıda QƏRİBƏ OLAY – Yemək gətirməyən ofisiantı vəhşicəsinə döydülər
Bakı şəhərinin Nərimanov rayonunda kafedə işləyən ofisiantı döyüb burun sümüyünü sındıran, göz nahiyəsinə ağır xəsarətlər yetirən Şəki rayon sakini, 1993-cü il təvəllüdlü Məftun Quliyev barəsində cinayət işi açılıb.
News24.az-ın məlumatına görə, “Lalə” kafesində çalışan Cəfər Bəylərovu döyən şəxs barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma - ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə açılmış işin araşdırılması zamanı maraqlı faktlar üzə çıxıb. Belə ki, hadisəni törədən Məftunun həmin kafenin yaxınlğındakı maşın təmiri sexində usta işlədiyi və kafenin daimi müştərisi olduğu aydınlaşıb. Lakin kafeyə borclu olduğundan kafeni işlədən Vüqar adlı adminstrator onun sifarişinin icra edilməməsinə, yəni Məftuna yemək göndərilməməinə göstəriş verib. Cəfər adlı ofisiant da Məftuna yaxınlaşaraq borcunu ödəmədiyi üçün ona yemək verə bilməyəcəklərini bildirib. Bundan əsəbiləşən Məftun Quliyev xuliqanlıq niyyəti ilə ofisianta hücum edib ona başı ilə, eləcə də yumruqla zərbələr endirərək döyüb.
Nərimanov rayon Məhkəməsində keçirilən prosesdə Məftun əməlinə görə peşman olduğunu, Cəfərlə barışdığını deyib. Qarşı tərəf də Məftunu bağışladığını bildirib.
Məhkəmə M.Quliyevin həbs edilməməsinə, 3 il müddətinə azadlığının məhdudlaşdırılması cəzasına məhkum edilməsinə qərar verib. Onun bədəninə elektron izləmə cihazı taxılıb və üzərinə bəzi məhdudlaşdırıcı vəzifələr qoyulub.