Aqil Abbas: "Televiziyalar əxlaqsızlıq yayır, onları cəzalandırmaq lazımdır"
    • 7-12-2018, 13:18
    • 953

Aqil Abbas: "Televiziyalar əxlaqsızlıq yayır, onları cəzalandırmaq lazımdır"

“Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət kanalı və İctimai Televiziya istisna olmaqla, televiziyaların fəaliyyətini mənfi qiymətləndirirəm.

Azərbaycan televiziyalarında xalqı elə təqdim edirlər ki, düşünürsən, doğrudanmı yer üzündə belə bir millət yaşayır...”
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.
Deputat televiziyaların cəzalandırılmasını təklif edib:
“Kimsə kiminsə başını qırxıb, qayınana gəlinlə dalaşıb və s. bütün müzakirələr bunlardır. Mətbuat Şurasının “qara siyahı”sı var, fəaliyyəti neqativ olan saytların adı ora daxil edilir, hətta hüquq-mühafizə orqanlarına müraciət olunur.
Milli Televiziya və Radio Şurasında da belə bir siyahı olmalıdır. Quruma səlahiyyət verilməlidir ki, televiziyaları cəzalandırsın, cərimə tətbiq etsin. Televiziyalar əxlaqsızlıq yayır. Deputat Gövhər Baxşəliyeva deyir ki, rus məktəbləri lazım deyil. Camaat uşağını rus məktəbinə qoyur ki, heç olmazsa Rusiya televiziyalarına baxa bilsinlər. Azərbaycan kanallarına baxıb nə öyrənəcəklər”?..