Aqil Abbas: "Məktəb çantaları uşaqları şikəst eləyir"
    • 3-05-2019, 14:15
    • 1 451

Aqil Abbas: "Məktəb çantaları uşaqları şikəst eləyir"

"Orta məktəb uşaqlarını şikəst edirlər. Uşaqların da, anaların da beli əyilib. Biz də məktəbə getmişik. Bu nədir? Bu məsələnin çıxış yolu tapılmalıdır".

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, məktəbə gedən nəvələrinin məktəb çantalarını götürə bilmir: "Belə işlərə son qoymaq lazımdır".

Aqil Abbas sonda akademik İsa Həbibəyliyə müraciət edərək bu problemin Təhsil Nazirliyi ilə müzakirə etməyi təklif edib.