Ukrayna xarici işlər naziri Türkiyəyə təşəkkür etdi
    • 7-04-2022, 21:14
    • 488

Ukrayna xarici işlər naziri Türkiyəyə təşəkkür etdi

"Türkiyə Ukraynanın həqiqi və etibarlı tərəfdaşı olaraq qalır”.

News24.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter“ səhifəsində yazıb.

“Həmkarım və dostum Mövlud Çavuşoğlu Ankaranın Ukraynaya əlavə dəstək vermək öhdəliyini təsdiqlədi. Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün yorulmaz diplomatik səylərinə görə Türkiyə tərəfinə minnətdarıq”, - deyə Kuleba paylaşımında qeyd edib.