-
- 7-12-2018, 14:31
- 2 075
Səfər Mehdiyev “Broker Əbülfəz”ə yüksək vəzifə verdi
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna yeni rəis təyin edib.
DGK sədri bu vəzifəyə "Broker” MMC rəhbəri Əbülfəz Məlikovu gətirib.
Ölkənin baş inhisarçısı kimi tanınan, adı qaçaqmal, gömrükdə iş adamlarının dərisini üzməkdə hallanan Ə.Məlikov illərlə gömrükdə qeyri-leqal gəlirlərin əldə olunmasında əsas fiqurant olub.
Maraqlıdır ki, ötən ay DGK sədri "Abşeron” gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Bu haqda report.az xəbər yaymışdı.
S.Mehdiyev gömrük nəzarətinin daha səmərəli təşkilinə dair tapşırıq və tövsiyələrini verib. Görünür ki, "Abşeron” postunun rəisinin fəaliyyəti onu qane etməyib.
Lakin onun yerinə təyin edildiyi bildirilən Ə.Məlikov da "az aşın duzu” deyil və hətta həbsdə olan MTN generalı Akif Çovdarova "peredaça” daşınmasında belə ittiham olunub.
Halbuki, S.Mehdiyev gömrük şefi təyin olunanda ondan kadr islahatlarında, gömrükdə şəffaflığın təmin olunmasında real işlər görəcəyi gözləntisi olanlar var idi.
Xatırladaq ki, komitə sədri adı kərə yağı monopoliyasından tutmuş təkər biznesinə qədər hallanan, brokerləri gömrükdə sahibkarları soğan qabığı kimi soyan Ə.Məlikova Abşeron gömrük postu rəisi postunu hədiyyə etməklə bu gözləntilərin üzərindən xətt çəkdi.
//Cümhuriyyet.net