Hərbçiləri daşıyan avtomobil aşdı, ölən və yaralananlar var
    • 9-04-2022, 20:22
    • 348

Hərbçiləri daşıyan avtomobil aşdı, ölən və yaralananlar var

Türkiyənin Adana-Kozan avtomobil yolunun Mansurlu yol qovşağında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, işıqforun qırmızı işığında gözləyən daxili qoşunlara məxsus maşın yan tərəfdən gələn digər avtomobil tərəfindən vurulub. Hərbi maşın aşıb və yüz metrə yaxın sürüşüb.

Nəticədə iki hərbçi həlak olub, biri ağır olmaqla üç hərbçi yaralanıb.
Hadisə ilə bağlı istintaq başlanıb.