"Halal etmirəm!" - Tolikin avtomobilini vurdular
    • 9-04-2022, 22:33
    • 1 230

"Halal etmirəm!" - Tolikin avtomobilini vurdular

Prodüser Tarix (Tolik) Əliyevin avtomobilini vurublar. 

News24.az xəbər verir ki, bu barədə o, öz instaqram səhifəsində məlumat verib. Prodüsser paylaşımında xalq sığortadan şikayət edib.

O bildirib ki, avtomobilini vuran şəxsin icbari sığortaya zəng edib, lakin şirkətin nümayəndəsinin hadisə yerinə gec gəlib:

"Bu gün avtomobilimi vurdular. Qardaş icbari sığortaya zəng etdi. Zəng edəndən yarım saat sonra yenə zəng edib, bizdən ikinci dəfə ünvanı soruşurlar. Deməli, iki saat gözləməliyik ki, icbari sığortanın nümayəndəsi gələcək. Yarım da sənədləşmə işi aparacaq ki, mənə 500 manat pul versin. Niyə insanları bu qədər incidirsiniz?! Mənim pulum var, avtomobilimi özüm təmir elətdirəcəm. Bəs, kasıb insanlar sizi qışda, soyuqda niyə gözləməlidirlər!? Sizə pulumu halal etmirəm. İnsanlara qarşı haqqsızlıq edirsiniz. Amma maşınımı vurana hallalıq verirəm".