Fərid Qayıbov gənclərlə görüş keçirdi - FOTOLAR

Fərid Qayıbov gənclərlə görüş keçirdi - FOTOLAR
HADİSƏ

11-04-2022, 10:00

Mətn ölçüsü

Gənclər və idman naziri Fərid Qayıbov aprelin 9-da Sabirabad, Tərtər, Bərdə, Saatlı, Yevlax, İmişli rayonları, Naftalan və Şirvan şəhərlərinin fəal gəncləri ilə görüş keçirib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, Saatlı Gənclər Evində keçirilən toplantıda qeyd edilən rayonların gənclər və idman idarələrinin, müxtəlif gənclər təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.

Görüşdə Fərid Qayıbov hər rayonda gənclər sahəsində görülən işlər barədə məlumatları ayrı-ayrılıqda dinləyib.

Regionda yaşayan gənclərin ictimai fəallığının daha da artırılması, yeni ideyaların həyata keçirilməsi və digər məsələlər barədə müzakirələr aparılıb.

Görüşdə nazir müavinləri Mariana Vasileva, İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin məsul şəxsləri iştirak ediblər.