-
- 11-04-2022, 17:55
- 332
Saxlanılan şəxs özünü polis şöbəsində öldürdü
Baş Prokurorluq Yevlax Rayon Polis Şöbəsində baş verən intiharla bağlı açıqlama yayıb.
Prokurorluqdan News24.az-a verilən məlumata görə, aprelin 9-u saat 15 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə şübhəli şəxs qismində tutularaq Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində saxlanılan 1967-ci il təvəllüdlü İlham Əsgərovun saxlama kamerasında intihar etməsi barədə Yevlax rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.