-
- 12-04-2022, 13:06
- 1 063
Bacısını aldadaraq evdən çıxardı, aparıb başını kəsdi – AZƏRBAYCANDA QORXUNC CİNAYƏT
Gəncə Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Fəqan Cabbarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesin yekununda F.Cabbarovun 10 il müddətinə azadlıqdan mərhum edilməsinə hökm edilib.
Qeyd edək ki, məhkəmədə hadisənin təfərrüatları da məlum olub. Belə ki, qətl hadisəsi ötən il avqustun 19-da günorta saatlarında Bərdə rayonu ərazisində baş verib.
Belə ki, F.Cabbarov 27 yaşlı bacısı Nərminə Behbudovanı yaşadıqları kəndin girişində qətlə yetirib.
Araşdırmalar zamanı məlum olub ki, N.Behbudova 7 il əvvəl Bərdənin kəndlərindən birinə gəlin köçüb. Lakin 2021-ci ildə onun ailəsində söz-söhbətlər yaranıb və Nərminə atasının evinə qayıdıb. Lakin gənc qadın qardaşının onu öldürəcəyindən qorxaraq dayısının, daha sonra isə xalasının evinə sığınıb. Hadisə baş erən gün isə Fəqan xalasıgilə gedərək Nərminəyə pis heç nə etməyəcəyini, onu yalnız əri və qayınları ilə üzləşdirəcəyini, məsələləri aydınlaşdırmaq istədiyini yalandan bildirərək onu evdən çıxarıb. O, Nərminə ilə yaşadığı kəndin yaxınlığında maşından düşüb piyada gedərkən özü ilə götürdüyü bıçaqla bacısına hücum edib. Nərminəyə çoxsaylı ölümcül xəsarətlər yetirən Fəqan daha sonra onun boğazını kəsərək öldüyünə əmin olub və birbaşa polis şöbəsinə gedərək təslim olub.
O da məlum olub ki, hadisədən 2 gün əvvəl də Fəqan xalasıgilə gedərək Nərminəni öldürmək istəyib. Lakin oradakı insanların arasında niyyətini həyata keçirməkdən vaz keçrək daha uyğun şəraitin yaranmasını gözləyib.