Azərbaycanda təhqirə görə iki nəfəri öldürən şəxsə ömürlük cəza verildi
    • 9-11-2018, 10:50
    • 796

Azərbaycanda təhqirə görə iki nəfəri öldürən şəxsə ömürlük cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində iki qonşusunu öldürməkdə təqsirləndirilən Firqət Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə F. Əliyev ömürlük azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin mart ayının 12-də baş verib. F. Əliyev Sabirabad rayonu ərazisində Teymur Sadıqovu bıçaqla qətlə yetirib, sonra Saatlı rayonuna gedərək Kamran Yaqubovu öldürüb. O, hadisə yerindən uzaqlaşarkən keçirilən istintaq-axtarış tədbirləri ilə saxlanılaraq Sabirabad rayon Polis şöbəsinə gətirilib.

Qətlə səbəb T. Sadıqov və K. Yaqubovun F. Əliyevi təhqir etməsi olub.

//Oxu.az