-
- 11-01-2022, 16:31
- 853
Azərbaycanda qardaş evə gec gələn bacısını belə CƏZALANDIRILDI - TƏFƏRRÜAT
Gəncə Ağır Cinayətlər Məhkəməsində 12 avqust 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhər Cavadxan qəsəbəsində bacısı, 1992-ci il təvəllüdlü Aysel Əmirovanı (ad və soyad şərtidir) bıçaqlayan 1990-cı il təvəllüdlü Orxan Muxtarov (şərti soyadlı) barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə açılmış işin istintaqı zamanı maraqlı faktlar üzə çıxıb.
Belə ki, hadisənin Ayselin evə gec gəlməsi səbəbindən baş verdiyi məlum olub.
Hadisə baş verən gün bu mövzu ilə bağlı Aysellə həyat yoldaşı arasında evdə münaqişə yaranıb. Bu zaman Aysel evi tərk edərək həyətə çıxıb.
Qonşuluqda yaşayan Orxan nə baş verdiyini soruşub. Ayselin həyat yoldaşı onun son vaxtlar evə gec gəldiyini, düz yolda olmadığını deyərək Orxanı qıcıqlandırıb. Bundan sonra, Orxan Muxtarov bıçaqla bacısına hücum edib. O, mətbəx bıçağı ilə Ayselin boyun, çənə, qarın boşluğu nahiyələrinə bıçaqla zərbələr endirərək ona xəsarətlər yetirib. Xoşbəxtlikdən xəstəxanaya vaxtında çatdırılan gənc qadını xilas etmək mümkün olub.
Məhkəmədə Aysel Əmirova qardaşını bağışladığını, hadisənin həqiqətən onun evə gec gəlməsi səbəbindən baş verməsini bildirib və məhkəmədən Orxana yüngül cəza təyin etməsini xahiş edib. Məhkəmədə Orxanın həmçinin evli olması, daha əvvəl məhkum edilməməsi, müsbət xarakterizə edilməsi və sair qeyd edilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Natiq Əliyevin sədrliyi ilə keçirilmiş prosesin yekununda təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və 2 il sınaq müddəti təyin edilməklə şərti cəzaya məhkum edilib.