-
- 12-04-2022, 14:32
- 842
Mir Şahinin “topa tutduğu” qələm əhlindən cavab: “Başının ölçüsündən böyük səhv edir”
Jurnalist, “Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev bazar günü efirə gedən müəllif proqramında yaradıcılıqla məşğul olan şəxsləri sərt tənqid edib. Ağayevin fikrincə, Azərbaycanın Vətən Müharibəsindəki qələbəsini şairlər, yazıçılar, bəstəkarlar lazımi qədər tərənnüm edə bilmirlər: “Nə olub sizə? Hanı gölməçə boyda olub, özünü dəniz sayan şairlər, yazıçılar, bəstəkarlar? Tutaq ki, əvvəllər bəhanəniz var idi. Qələbə ilə bitməyən davadan yazmaq çətin idi. Gərək üstündən xeyli keçsin, mövzu oturuşsun və s. İndi ki, qələbəmiz var. Özü də necə bir qələbəmiz... Hanı operamız, nəğmələrimiz, hanı hekayələrimiz?! Hara qeyb olmusunuz? Kompleksdən çıxın hörmətli qələm sahibləri”.
"Real" rəhbərinin bu düşüncələri ədəbi mühitdə kəskin etiraza səbəb olub.
News24.az olaraq qərara gəldik ki, qələm əhlinin məsələyə münasibətini öyrənək.
Xalq şairi Vahid Əziz bir cümləlik cavabla kifayətlənib və ərsəyə gələn işlərin fotolarını bizə yollayıb: “Mir Şahinin dediyindən belə çıxır ki, vətənpərvərlik tərbiyəsi ilə təkcə o məşğul olur, başqa heç kim”.
Yazıçı, jurnalist, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid məsələyə fərqli rakrusdan yanaşıb. O bildirib ki, Mir Şahin Ağayevin bu düşüncələri Qarabağ mövzusunda yazılan əsərlərin üzə çıxmasına kömək ola bilər: “Onun verilişinə vaxt tapdıqca baxıram. Açığı, mənə xeyli təəccüblü gəldi. Mir Şahinin operalar, filmlər və s. barədə fikirlərinə hardasa haqq vermək olar. Ancaq ədəbi əsərlərlə bağlı düşüncələri ədalətli deyil. Məncə, o, bu mövzuda məlumatsızdır. Özünə də bu barədə yazdım. Zəfərimizdən bir neçə ay sonra Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anarın təşəbbüsü ilə “Qarabağ Dastanı-30 ilin həsrəti, 44 günün zəfəri” adlı sanballı bir kitab nəşr olunub. Bu kitabda işğaldan azad olunan rayonlardan olan yazıçıların öz bölgələri barədə xatirələri, təəssüratları dərc olunub. Bundan əlavə, kitabda Qarabağın tarixi, məşhur qadınları, musiqisi, ədəbiyyatı, dəyərli sənət adamlarının yazıları, həm Zəfərdən əvvəl, həm də Zəfər vaxtı yazılan əsərlər yer alıb. Mir Şahinin özünə də bu kitabı göndərmişdik, yəqin ki, vərəqləməyib. Əlavə olaraq Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda “Bütün yollar Şuşaya aparır” kitabının təqdimatı olub. Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının “Qarabağa dönüş” poeması, şair Ramiz Qusarçaylının “Vətən” poeması da bədii keyfiyyətilə seçilən poeziya nümunəsidir. Problem ondadır ki, bədii ədəbiyyat əvvəlki illərdə olduğu kimi ictimai rəyə təsir edə bilmir. Rəqəmsallaşma dövrü olduğu üçün bədii dəyəri olan əsərlərin oxucuya çatdırmasında çətinlik var. Tanınmış insanların, jurnalistlərin bədii yazılardan xəbəri yoxdursa, ümumi ictimaiyyəti qınaya bilmərik.
Bu gün Feysbuk platformasında status yazdım ki, “Mir Şahin yazıçıları coşdurdu”. Əslində Zəfərimizlə bağlı yazılan əsərlərin bir də diqqətə çatdırılması, gündəmə gətirilməsi baxımından Ağayevin düşüncələri xeyirli irad oldu. Mir Şahinə hörmətim var, neçə illik dostumdur. Qəfildən belə fikirlər səsləndirməsinə məna verə bilmədim. Mir Şahin ədəbiyyatı bilən və rəhbər olduğu televiziyada mümkün qədər işıqlandıran adamdır. Ona görə də, yazılan əsərlərlə maraqlansaydı, daha yaxşı olardı. Televiziyaları da qınayıram ki, bədii əsərləri lazımi qədər təbliğ etmirlər”.
Yazıçı Seyran Səxavət Mir Şahin Ağayevdən bu fikirləri gözləmədiyini dilə gətirib: “Ümumiyyətlə, Mir Şahinə demək istəyirəm ki, sən də məlumsan, biz də məlumuq. Jurnalistika da məlumdur, yazıçılıq da məlumdur. Sən nə ortada atlanıb, düşürsən. Sən kimsən ki, yazıçıları ittiham edirsən? Bu bəyəm plandı, kolxozdu? Məndən olsa, Mirşahin öz işiylə məşğul olsun”.
O əlavə edib ki, yazıçıların heç kəsin sifarişi ilə qələbə haqda əsər yazmağa borcu yoxdur: “Bilmirəm, o, nə məqsədlə belə qızışıb ağzı köpüklənə-köpüklənə danışır. Lev Tolstoyun vaxtında onun öz Mirşahini yox idi ona desin ki, Lyoşa, əsər yaz! Belə bir şey var ki, deyir, valideynləri seçmirlər, bir də görürsən ki, valideynin nazirdi, traktoristdir, hesabdardır. Bir də belə şeylər sifarişlə yaranmır, sən kimsən ki, sifariş verirsən? Sən yazıçıya sifariş verə bilərsən? Yazıçıya sifarişi ancaq Allah verə bilər.
İşi-gücü qurtarıb, niyə gedib öz işiylə məşğul olmur? Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, M.F.Axundov, M.Ə.Sabir, B.Vahabzadə bunlar bəyəm Mirşahinin sifarişiylə yazıblar? O, kimdir ki, mənə dərs verir, getsin öz işiylə məşğul olsun. Onun yazılan əsərlərdən xəbəri yoxdur, oxumur. Qarabağ haqqında kifayət qədər əsərlər yazılıb. Elə müharibə bitən kimi əsər yazılmalıdır, yox. Kim bunu deyirsə, aşağıdan-yuxarı başının razmerindən böyük səhv edir, Mirşahin kimi”.
Xalq yazıçısı Çingiz Abdullayev isə məsələyə belə yanaşıb: “Xeyr, çoxlu kitablar yazmışıq. Kim istəsə, Yazıçılar Birliyinə gəlsin, baxsın”.
Şair, yazıçı, publisist Aqşin Yenisey vurğulayıb ki, Mir Şahin bu mövqeyi ilə ən yaxşı halda ədəbiyyat tarixinin klassisizm dövründə, ən pis halda isə sosrealizmdə ilişib qalıb: “Bu gün bizim də mənsubu olduğumuz üçüncü dünya ölkələrinin yazarlarını dünya kitab bazarına aparan mövzular maraqlandırır. Bu gün dünyanın hər yerində milli məsələlərdən bəhs edən mövzular dövlətin, siyasi partiyaların, qeyri-hökumət təşkilatının sifarişi və yardımı ilə yazılır. Məsələn, bir neçə il əvvəl Qazaxıstan dövləti 40 milyon dollar ayırıb, öz tarixlərindən bəhs edən “Köçərilər” filmini çəkdirdi. Şəxsi təşəbbüsə qalsaydı, kim bilir, belə bir ekran əsəri yaranacaqdımı? Bu siyahını kifayət qədər uzada bilərəm. Amma vaxt itkisidir. Publisistikasını yaxından izlədiyim Mir Şahin hoca sovet həkimləri kimi xəstəliyin səbəbini deyil, nəticəsini qurdalayır. Çünki səbəblərin üstünə kəllə şəkilləri yapışdırılıb”.