İsti havada ÜŞÜMƏ XƏSTƏLİYİ – Həkim səbəblərini açıqladı
    • 12-04-2022, 18:15
    • 598

İsti havada ÜŞÜMƏ XƏSTƏLİYİ – Həkim səbəblərini açıqladı

Yəqin ki, hər bir insanın ətrafında isti havada belə üşüyən yaxınları, dostları, iş yoldaşları var. Çox vaxt tez-tez üşüyən tanışlarımız “soyuqdandır” deyərək, mövzunun başqa səbəbləri olmadığını izah etməyə çalışrılar. Bəs, həqiqətənmi bu, belədir?

Terapevt Sübhan Hacıyev News24.az-a açıqlamasında bildirib ki, bu xəstəlik “qansızlıq” kimi tanınan anemiyadır: 

“Anemiya müalicə olunmadıqda halsızlıq, tez yorulma, sürətli ürək döyüntüsü kimi problemlər artmağa başlayır. Anemiyanın 3 forması var: İnsanlar arasında anemiyanın dəmir defisitli və B12 çatışmazlığı zamanı yaranan formaları daha geniş yayılıb. Xüsusilə, qanda hər hansı səbəbdən yaranan dəmir defisiti nəticəsində qanın oksigenlə təchizatı pozulanda bədən üzvlərinin soyuması baş verir. Belə olan halda dəri məsamələrində istiliyin alınıb-verilməsi prosesi pozulur. Eynilə vitamin və mineral çatışmazlığından da üşümə halları meydana gələ bilər: kalsium, fosfor və s”.

Terapevt bildirib ki, kök insanlarda üşümə refleksi çox zəif olur: “Bu da bədəndəki piy qatının çox inkişaf etməsi ilə əlaqədardır. Həmçinin qidalanmamız pozulanda, pəhriz saxlayanda dəmir defisitli anemiyalar yarana bilir. Bu da immun sisteminin pozulmasından tutmuş digər ağır xəstəliklərə qədər gətirib çıxarır”.