Avtomobildəki yanğını söndürməyə çalışan polis yandı - FOTO
    • 13-04-2022, 01:06
    • 262

Avtomobildəki yanğını söndürməyə çalışan polis yandı - FOTO

Göyçay rayonunda avtomobildə baş verən yanğın yol polisi əməkdaşları tərəfindən söndürülüb.

Rayon sakini Fuad Qasımov idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə Göyçay şəhərinin Natəvan küçəsindəki 13 saylı uşaq bağçasının qarşısına gəlib.

O, uşağı bağçadan götürən zaman avtomobilin mühərrikində yanğın baş verdiyini görüb və dərhal Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib. Yaxınlıqda olan Göyçay rayon Polis Şöbəsinin yol polisi bölməsinin əməkdaşları, polis baş serjantı Cəlal Teymurov və Elçin Mehralızadə dərhal hadisə yerinə gələrək yanğına müdaxilə ediblər. Onlar alovu söndürərək avtomobilin yanmasının qarşısını alıblar. Polis əməkdaşları yanğını söndürən zaman əllərindən yüngül yanıq xəsarəti alıblar. Sürücü Fuad Qasımov yanğını görən kimi dərhal köməyə  gələn polis əməkdaşlarına təşəkkür edib. /APA/