Bakıda oğurlanan avtomobil Göyçayda TAPILDI
    • 27-01-2020, 13:26
    • 758

Bakıda oğurlanan avtomobil Göyçayda TAPILDI

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu yanvarın 25-də “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.