Almanlar ət qıtlığı ilə üzləşəcək
    • 14-04-2022, 12:07
    • 256

Almanlar ət qıtlığı ilə üzləşəcək

Almaniya əhalisi yaxın gələcəkdə ət məhsullarının qıtlığı ilə üzləşə bilər. 

News24.az xəbər verir ki, müvafiq bəyanatla Almaniya Fermerlər Assosiasiyasının baş katibinin müavini Udo Hemmerlinq çıxış edib.

Onun sözlərinə görə, hazırda ölkədə hər gün ərzaq məhsullarının bahalaşması ilə bağlı məlumatlar yayılır.

Hemmerlinq qeyd edib ki, uzun müddət ölkədə donuz əti çox ucuz olub, nəticədə Almaniyada donuz istehsalı azalıb. İndi isə qiymətlər qalxıb və yem çox bahalaşıb.

Udo Hemmerlinq bildirib ki, hazırda almaniyalı fermerlər donuz ətinin kiloqramını 1,95 avroya satırlar. Lakin onun dəyəri 2,50 avro olmalıdır.