Maska taxan şəxs qapalı məkanda cərimələnib? - DİN-dən açıqlama
    • 14-04-2022, 22:58
    • 588

Maska taxan şəxs qapalı məkanda cərimələnib? - DİN-dən açıqlama

“Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub”.

Bunu Daxili İşlər Nazirliyinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Araşdırmalarla məlum olub ki, 1995-cil il təvəllüdlü Əşrəfli Əşrəfin iddiları tam əsassızdır. Araşdırmalar davam etdirilir", - E.Hacıyev qeyd edib. /Qafqazinfo.az/